Главная > Dünya > Paşinyandan qəribə etiraf: Ermənistanda böyük miqdarda silah-sursat yoxa çıxıb
Paşinyandan qəribə etiraf: Ermənistanda böyük miqdarda silah-sursat yoxa çıxıb13-09-2024, 11:26. Разместил: admin |
44 günlük müharibədən sonra Ermənistanda böyük miqdarda silah-sursat yoxa çıxıb. Bunu baş nazir Nikol Paşinyan hökumətinin iclasında bəyan edib. Paşinyan əlavə edib ki, bu mövzu bir neçə dəfə müzakirə edilib. "Məsələ hətta Təhlükəsizlik Şurasında da müzakirə olunub". O əlavə edib ki, bu məslənin araşdırılması ilə bağlı Daxili İşlər Nazirliyinin rəhbərinə tapşırıq verib. Paşinyan onu da bildirib ki, qeyri-qanuni silahların axtarışı ilə bağlı metodologiyaya yenidən baxılmalıdır. "İstifadə etdiyimiz metodologiya artıq yeni çağırışlara cavab vermir", - o vurğulayıb. Вернуться назад |