Главная > Dünya > Misir lideri 12 ildən sonra Türkiyəyə gəlir

Misir lideri 12 ildən sonra Türkiyəyə gəlir


3-09-2024, 12:34. Разместил: admin
Misir lideri 12 ildən sonra Türkiyəyə gəlir


Ankara ilə Qahirə arasında başlayan normallaşma prosesi çərçivəsində Misir prezidenti Sisi 12 ildən sonra  sentyabrın 4-də Türkiyəyə səfərə gələcək.

Misirlə normallaşma prosesində prezident Rəcəb Tayyib Ərdoğan 2024-cü il fevralın 14-də Qahirəyə tarixi səfər edib və iki ölkə arasında münasibətlərdə yeni səhifə açılıb. 

Sentyabrın 4-də Sisinin Ankaraya  baş tutacaq səfər çərçivəsində Türkiyə Misir Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası prezidentlərinin sədrliyi ilə ilk iclasını keçirəcək.
Görüş zamanı  hər iki ölkənin lideri  əvvəlcə Qəzzada atəşkəs istiqamətində atılan addımları və bölgəyə humanitar yardım səyləri,  mövcud  10 milyard dollara yaxın olan ticarət həcminin 15 milyard dollara yüksəldilməsini,  Türkiyə PUA-larının Misirə tədarük edilməsi məsələsini müzakirə edəcəklər. 

İki liderin Şərqi Aralıq dənizi və Liviya kimi regional məsələləri də ətraflı müzakirə edəcəyi gözlənilir.


Вернуться назад