Главная > Dünya > Almaniyada II Dünya müharibəsindən sonra bir ilk yaşandı

Almaniyada II Dünya müharibəsindən sonra bir ilk yaşandı


2-09-2024, 11:14. Разместил: admin
Almaniyada II Dünya müharibəsindən sonra bir ilk yaşandı


Almaniyada İkinci Dünya müharibəsindən sonra bir ilk yaşanıb.

Xarici KİV xəbər verir ki, Türingiya əyalətində parlament seçkiləri keçirilib.

Təxminən 5 milyon seçicinin səsvermə hüququna malik olduğu seçkilərdə səsvermə yerli vaxtla saat 18:00-da başa çatıb.

Almaniyanın Birinci Televiziyası ARD tərəfindən açıqlanan ilk exit-poll nəticələrinə görə, ifrat sağçı populist Almaniya üçün Alternativ Partiyası (AfD) 30,8% səslə lider olub.

3,3 milyon seçicinin olduğu Saksoniyada isə 31,5 % səslə CDU birinci, AfD 30%-lə ikinci olub. 

Federal hökumətin əsas tərəfdaşı Baş nazir Olaf Şolzun Sosial Demokrat Partiyası (SPD) əvvəlki seçkilərlə müqayisədə 1,2 xal itirərək 7% səs toplayıb.

Beləliklə, Almaniyada İkinci Dünya Müharibəsindən sonrakı dövrdə ilk dəfə olaraq əyalət parlamenti seçkilərində ifrat sağçı partiya qələbə qazanıb.


Вернуться назад