Главная > Dünya > Paşinyanın silahdaşı İrəvan-Bakı münasibətlərində Kremli görmək istəmir

Paşinyanın silahdaşı İrəvan-Bakı münasibətlərində Kremli görmək istəmir


30-08-2024, 14:22. Разместил: admin
Paşinyanın silahdaşı İrəvan-Bakı münasibətlərində Kremli görmək istəmir


Rusiya Ermənistan-Azərbaycan arasında sülh sazişinin əldə edilməsində təkbaşına vasitəçi rolunu oynaya bilməz.

Bunu Ermənistanın hakim "Vətəndaş müqaviləsi" ” partiyasından olan deputat Ovik Ağazaryan Rusiyanın Ermənistan-Azərbaycan danışıqlarında vasitəçiliyinin hazırkı mərhələdə hakimiyyət üçün arzuolunan olub-olmaması ilə bağlı mövqeyini açıqlayarkən deyib.

“Bu mənim şəxsi fikrimdir, komandanın mövqeyi deyil ki, Rusiya Ermənistanla Azərbaycan arasında vasitəçi olmalıdır, başqa heç kim. Mən hesab edirəm ki, bu, yanlış və yersizdir. Çünki Rusiya  bir çox hallarda tərəf  kimi çıxış edir. 
Qərb təkcə Ermənistanın tərəfini tutmur, daha obyektivdir, ona görə də onların vasitəçiliyi daha məqbuldur. Rusiyanın vasitəçiliyi isə subyektivdir, çünki o, praktiki olaraq tərəfdir. Xüsusilə də Zəngəzur dəhlizi ilə bağlı”, - deyə Ağazəryan bildirib.


Вернуться назад