Главная > Dünya > İrəvan niyə "Zəngəzur dəhlizi"ndən imtina etdi - Zaxarovadan açıqlama
İrəvan niyə "Zəngəzur dəhlizi"ndən imtina etdi - Zaxarovadan açıqlama22-08-2024, 14:33. Разместил: admin |
İrəvan qərbli dostlarının məsləhətinə əsasən Azərbaycan və Naxçıvan arasında yolun (Zəngəzur dəhlizinin-red) açılması ilə bağlı danışıqlar prosesini dayandırıb. Bunu RF XİN sözçüsü Mariya Zaxarova deyib. Onun sözlərinə görə, Ermənistanla Azərbaycan, Azərbaycanla Naxçıvan arasında yolun açılması istiqamətində baş nazirlərin müavinləri səviyyəsində yaradılan üçtərəfli birgə işçi qrupunun 12 iclası keçirilib və bu istiqamətdə irəliləyişlərə nail olunub. "Lakin sonradan Ermənistan hakimiyyəti öz yeni qərbli dostlarının yolunu tutdu və faktiki olaraq üçtərəfli birgə işçi qrupda fəaliyyətini dondurdu", - Zaxarova qeyd edib. Rusiyalı diplomat əlavə edib ki, bu, Ermənistanın maraqlarına uyğun olaraq kommunikasiyaların bloklanması baxımından heç bir praktiki nəticə vermədi: "Təəssüflər olsun ki, bununla da rəsmi İrəvan növbəti dəfə Qərbin sifarişi ilə hərəkət etməklə təkcə öz iqtisadiyyatının mənafeyi naminə, o cümlədən özünün “Dünyanın kəsişməsi” ideyasını həyata keçirməklə qonşuları ilə nəinki nəqliyyat əlaqələri qurmaq, həm də bütövlükdə regionda vəziyyətin normallaşmasına töhfə vermək imkanlarını əldən verir. Biz 2020-2022-ci illər arasında əldə edilmiş üçtərəfli sammitin bəyanatlarına sadiq qalırıq. Bu sazişlər kompleksi Cənubi Qafqazda sabitliyə, təhlükəsizliyə və rifaha nail olmaq üçün Ermənistan-Azərbaycan nizamlanmasının yeganə əsası olaraq qalır. Biz İrəvan hakimiyyətini Qərbin Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün onilliklər boyu davam edən səylərini pozmasına imkan verməməyə çağırırıq. Bu, xüsusilə ABŞ və Aİ-nin Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaqla Ermənistan və regionun digər ölkələri ilə münasibətlərimizə zərbə vurmaq ideyası baxımdan aktual olaraq qalır”, - Zaxarova qeyd edib. Вернуться назад |