Главная > Dünya > Blinken: Bu, son şansdır
Blinken: Bu, son şansdır19-08-2024, 16:00. Разместил: admin |
İsraillə HƏMAS arasındakı müharibəni dayandırmaq və danışıqlar yolu ilə razılığa gəlmək üçün bu, görüşlər bəlkə də sonuncu şansdır. "Times of Israelə xəbər verir ki, bunu İsrailə səfər edən ABŞ dövlət katibi Antoni Blinken İsrail prezidenti İsaak Hersoqla görüşü zamanı deyib. “Bu, həlledici məqamdır: girovları azad edilməsi, atəşkəsə nail olmaq və hamını davamlı sülh və təhlükəsizliyə aparan ən yaxşı yola qoymaq üçün bəlkə də ən yaxşı, bəlkə də son fürsətdir”, - o bildirib. Blinken həmçinin iyul ayında HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra İranın İsrailə mümkün hücumu təhlükəsi fonunda regional gərginliyin qarşısını almaq üçün də çalışdığını bildirib. Вернуться назад |