Главная > Dünya > ABŞ Yaxın Şərqə atom sualtı qayığını göndərəcək

ABŞ Yaxın Şərqə atom sualtı qayığını göndərəcək


12-08-2024, 12:13. Разместил: admin
ABŞ Yaxın Şərqə atom sualtı qayığını göndərəcək


Pentaqon rəhbəri Lloyd Austin İsrailin müdafiə naziri Yoav Qalantla telefon danışığında ABŞ-ın dəstəyini təsdiqləyib və Amerika qrupunun Yaxın Şərqdə güclənməsindən danışıb. O, idarə olunan raketlərlə təchiz edilmiş “Georgia” atom  sualtı qayığının bölgəyə yerləşdirilməsinə göstəriş verib.

Pentaqon rəhbəri həmçinin "Abraham Linkoln" aviadaşıyıcısı ilə aviadaşıyan zərbə qrupunun Mərkəzi Komandanlığın məsuliyyət zonasına keçidinin sürətləndirilməsini əmr edib. Onun artıq regionda olan təyyarədaşıyıcı qrupunun "Teodor Ruzvelt" təyyarədaşıyıcı gəmisinin imkanlarını tamamlayacağı ehtimal olunur.

Amerikalı nazir daha əvvəl bildirilmişdi ki,  təyyarədaşıyan "Abraham Linkoln"  gəmisi "Teodor Ruzvelt" təyyarədaşıyıcı gəmisini əvəz edəcək. 


Вернуться назад