Главная > Dünya > Ukraynalılar rusların hərbi aerodromuna hücum edib
Ukraynalılar rusların hərbi aerodromuna hücum edib12-08-2024, 10:24. Разместил: admin |
Avqustun 12-nə keçən gecə Moskva yaxınlığındakı hərbi aerodromuna PUA hücumu olub. Rusiya Teleqram kanallarının məlumatına görə, PUA-nın hədəfi Moskvadan 31 km şimal-şərqdə yerləşən "Çkalovski" hərbi aerodromu ola bilər. Kanallardan birinin məlumatına görə, PUA-lar aviabazanın ərazisində məhv edilib. Şelkovo şəhərinin sakinləri bildiriblər ki, şəhərdə hava hücumu xəbərdarlığı səslənib. UNIAN-ın verdiyi məlumata görə, Lipetsk vilayətindəki hərbi aerodrom ərazisində əvvəllər güclü partlayışlar eşidilib . Yanğınla əlaqədar yerli hakimiyyət orqanları dörd yaşayış məntəqəsinin sakinlərini təxliyə etməli olub. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın Su-34, Su-35 və MiQ-31 təyyarələrinin yerləşdiyi Lipetsk hərbi aerodromuna hücumu təsdiqləyib. Hərbçilər bildiriblər ki, hücum zamanı onlar idarə olunan bombalarla anbarları və hava limanı ərazisindəki bir sıra digər obyektləri vura biliblər. Вернуться назад |