Главная > Dünya > Saakaşvilinin Azərbaycana dəstəyi erməniləri narahat edir
Saakaşvilinin Azərbaycana dəstəyi erməniləri narahat edir1-10-2020, 11:19. Разместил: admin |
Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin Azərbaycana dəstək olması işğalçı Ermənistan tərəfini narahat edib. Düşmən ölkənin Təhsil, Mədəniyyət və İdman naziri Arayik Harutyunyan sosial mediada paylaşım edərək Saakaşvilini tənqid edib. O, gürcü siyasətçinin İrəvan Dövlət Universitetindəki fəxri doktor ünvanının geri alınması barədə tələbin irəli sürüldüyünü bildirib. Harutyunyan, həmçinin Ermənistanda Saakaşvilinin “Şərəf” ordeninə layiq görüldüyünü xatırladıb. Xatırladaq ki, M. Saakaşvili bir neçə gün öncə verdiyi açıqlamada Dağlıq Qarabağın Azərbaycanın suveren ərazisi olduğunu bəyan etmişdi. Вернуться назад |