Главная > Dünya > Banqladeşdə iğtişaşlarda azı 300 nəfər ölüb - Video
Banqladeşdə iğtişaşlarda azı 300 nəfər ölüb - Video5-08-2024, 11:23. Разместил: admin |
Banqladeşin paytaxtı Dəkkə və ölkənin digər şəhərlərində polislə etirazçılar arasında toqquşmalar nəticəsində ölənlərin sayı azı 300 nəfərə çatıb. “Qafqazinfo” “France Press”ə istinadən xəbər verir ki, ötən gün bütün etirazlar dövrü ərzində ən ölümcül gün olub - 94 nəfər həlak olub. Etirazlar və nümayişlər “Ayrıseçkiliyə qarşı Tələbə Hərəkatı” təşkilatının bazar günü hakimiyyətlə əməkdaşlıqdan imtina etməsindən sonra başlayıb. Tələbələrin polis və hökumət tərəfdarları ilə toqquşmaları iğtişaşlara çevrilib. Etirazçılar Baş nazir Şeyx Hasinanın istefasını tələb edirlər. Hökumət Dəkkə və ölkənin digər böyük şəhərlərində yerli vaxtla saat 18.00-dan növbəti xəbərdarlığa qədər komendant saatı tətbiq edib. <embed width="100%" height="480" src="https://qafqazinfo.bax.tv/embed/200042.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=son-xeberler" frameborder="0" webkitAllowFullScreen mozallowfullscreen allowFullScreen></embed> Вернуться назад |