Главная > Dünya > Rusiya casus bildiyi amerikalını ABŞ-yə qaytarır

Rusiya casus bildiyi amerikalını ABŞ-yə qaytarır


1-08-2024, 09:44. Разместил: admin
Rusiya casus bildiyi amerikalını ABŞ-yə qaytarır


Rusiyada casusluq ittihamı ilə həbs cəzasına məhkum edilmiş "Wall Street Journal"ın müxbiri Evan Qerşkoviç mübadilə çərçivəsində sabah ABŞ-yə qayıda biləcək.

Bu barədə "Fox News" məlumat yayıb.

Məlumata görə, yaxın gələcəkdə Rusiya, Belarus, ABŞ və Almaniya arasında genişmiqyaslı məhbus mübadiləsi aparılacaq.

Hələlik bu barədə rəsmi məlumat yoxdur.

Qeyd edək ki, Evan Qerşkoviç 2022-ci ilin yanvarından "The Wall Street Journal" jurnalının müxbiridir. O, Rusiya, Ukrayna və digər postsovet məkanlarında çalışıb.

2023-cü ilin martında Qerşkoviç Yekaterinburqda casusluq ittihamı ilə həbs edilib və bu, 1986-cı ildən bəri ilk dəfə bir amerikalı jurnalistin Rusiyada bu ittihamla həbs olunması idi.

O, 19 iyul 2024-cü ildə məhkəmənin qərarı ilə 16 il müddətinə azadlıqdan məhrum edilib.


Вернуться назад