Главная > Dünya > Beyruta hücum nəticəsində İranın hərbi müşavirinin də öldüyü məlum olub - FOTO

Beyruta hücum nəticəsində İranın hərbi müşavirinin də öldüyü məlum olub - FOTO


1-08-2024, 09:12. Разместил: admin
Beyruta hücum nəticəsində İranın hərbi müşavirinin də öldüyü məlum olub - FOTO


İsrail Müdafiə Qüvvələrinin Livanın paytaxtı Beyruta hücumu nəticəsində İranın hərbi müşaviri Milad Bedi ölüb.

“Report” xəbər verir ki, bu barədə İranın SNN telekanalı bildirib.

“İranın hərbi müşavirlərindən biri olan Milad Bedi sionist rejiminin yaraqlılarının Beyruta hücumu nəticəsində həlak olub”, – məlumatda qeyd olunub.

Xatırladaq ki, iyulun 27-də İsrailin nəzarətində olan Colan təpələrindəki Məcdəl-Şəms kəndində futbol meydançasına raket zərbəsi endirilib. Zərbə 12 uşağın ölümü ilə nəticələnib.

İsrail hücumda “Hizbullah”ı ittiham edib və cavab tədbiri görəcəyini vəd edib.

Öz növbəsində həm “Hizbullah”, həm də Livanın ali rəhbərliyinin nümayəndələri Beyrutun bu insidentdə iştirakını inkar ediblər.

İyulun 30-da isə İsrail ordusu Livanın paytaxtı Beyruta hücum edərək “Hizbullah” komandirini hədəfə alıb. Nəticədə təşkilatın komandiri Fuad Şükür öldürülüb.




Вернуться назад