Главная > Dünya > Zəngəzurda “həyəcan siqnalı”: əhali sığınacaqlara yığılır
Zəngəzurda “həyəcan siqnalı”: əhali sığınacaqlara yığılır29-07-2024, 13:48. Разместил: admin |
Ermənistan Sünik (Zəngəzur - red.) və Tavuşda əhaliyə xəbərdarlıq, sığınacaqlara enmə və ərazidən təxliyə əməliyyatlarının təşkili ilə bağlı təlimlər keçirir. Globalinfo.az xəbər verir ki, təlimlərin iyulun 29-u saat 10:00 ilə 15:00 arası baş tutacağı açıqlanıb. İlk olaraq Tavuş rayonunun Berd bələdiyyəsinin Azərbaycanla sərhəddə yerləşən Artsvaberd qəsəbəsində təlim üçün həyəcan siqnalı verilib. Həmçinin Zəngəzurun Mehri qəsəbəsinin Alvank, Karçevan, Nrnadzor, Şvanidzor, Vahravar, Vardanidzor və Taştun ərazilərində də təlimlərin keçiriləcəyi bildirilir. Həyəcan siqnalı işlə salınan zaman əhalinin təşvişə düşməməsi üçün xəbərdarlıq edilib. Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin Kəlbəcər və Laçın təxribatından sonra bu təlimlər diqqət çəkir. Вернуться назад |