Главная > Dünya > Qalmaqal böyüyür: Parisin biabırçılığına görə reklamlar dayandırıldı - FOTO
Qalmaqal böyüyür: Parisin biabırçılığına görə reklamlar dayandırıldı - FOTO29-07-2024, 11:29. Разместил: admin |
2024-cü il Paris Olimpiya Oyunlarının açılış mərasimində iz buraxan “Son Şam yeməyi” parodiyasına reaksiyalar davam edir. Canlandırma zamanı LGBTQ elementlərinin daxil edilməsi xristian dünyasında reaksiyalara səbəb olub. ABŞ-nin texnologiya nəhəngi “C Spire” nümayişdən Olimpiya reklamlarını dayandırdıqlarını açıqlayıb: “C Spire” Olimpiadanın bir hissəsi olmaq üçün çox çalışan idmançılarımızı dəstəkləyir. Lakin Paris Olimpiadasının açılış mərasimlərində “Son şam yeməyi”nin ələ salınması bizi şoka saldı. “C Spire” olaraq biz reklamlarımızı Olimpiadadan çıxarırıq”. Fransız Katolik Kilsəsi də baş verənlərə səssiz qalmayıb: "Təəssüf ki, bu mərasimdə xristianlığı ələ salan səhnələr yer alıb və bu vəziyyətdən dərin təəssüf hissi keçiririk" – kilsənin açıqlamasında bildirilib. “Tesla” və “SpaceX”in sahibi İlon Mask X-də etdiyi paylaşımda performansın "xristianlara qarşı son dərəcə hörmətsizlik" olduğunu deyib və o, xristianlığın təsir gücünü itirdiyini bildirib. “Dailymail” qəzetinin yazdığına görə, “Paris-2024” açılış mərasiminin rəsmi videosu kəskin tənqidlərə görə yutub kanalkından silinib. Qeyd edək ki, “Sonuncu şam yeməyi” XV əsrdə Milanda Leonardo da Vinçi tərəfindən, Lodoviko Sforsa və onun xanımı Beatriçe d'Este üçün yaradılmış divar rəsmidir. Xristianların inancına görə, bu şam yeməyi zamanı İsa on iki həvarisindən birinin ona xəyanət edəcəyini və onu satacağını bildirmişdi. Вернуться назад |