Главная > Dünya > Putinlə Əsəd Kremldə görüşdü
Putinlə Əsəd Kremldə görüşdü25-07-2024, 12:04. Разместил: admin |
Rusiya Prezidenti Vladimir Putin Rusiyaya səfərə gedən Suriya Prezidenti Bəşər Əsədlə Kremldə görüşüb. Görüş ötən gün axşam saatlarında baş tutub. Görüşdə tərəflər dünyada və Avrasiya regionunda hadisələrin inkişafının mümkün perspektivlərini və ssenarilərini müzakirə ediblər. Əsədin sözlərinə görə, onun Rusiyaya səfəri onilliklər ərzində “çox çətin sınaqlardan keçmiş” ölkələr arasında diplomatik münasibətlərin qurulmasının ildönümünə təsadüf edir. Əsəd sonuncu dəfə Rusiyaya 2023-cü ilin martında gəlib. Rusiya mediası onu da yazır ki, Əsədlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında ilk görüş Rusiyada baş tuta bilər. Ehtimal olunur ki, prezident Rəcəb Tayyib Ərdoğanla Bəşər Əsədin görüş məsələsi iki lider arasında bağlı qapılar arxasında müzakirə edilib. Çünki bu gün Ankarada Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasında da Suriya ilə normallaşma məsələsi ətrafında ciddi fikir mübadiləsi aparılacaq. Onu da qeyd edək ki, Moskva Ankara-Dəməşq dialoqunun yaranmasında vasitəçi olmaq niyyətini ortaya qoyub. Вернуться назад |