Главная > Dünya > Müharibə bu il bitə bilər - Zelenski
Müharibə bu il bitə bilər - Zelenski22-07-2024, 09:00. Разместил: admin |
Ukraynada müharibənin qaynar mərhələsi işğal olunmuş ərazilər güc yolu ilə geri qaytarılmadan bu ilin sonuna qədər başa çata bilər. Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski BBC-yə açıqlamasında deyib. O bildirib ki, Ukrayna Rusiyaya təklif olunacaq cavab planı hazırlayır: "Əgər biz həmrəy olsaq və məsələn, Sülh Sammiti formatına əməl etsək, müharibənin qaynar mərhələsinə son qoya bilərik. Bu ilin sonuna qədər bunu etməyə cəhd edə bilərik. Plan istənilən halda hazır olacaq. Lakin plan tərəfdaşlarla razılaşdırılmalıdır”. Вернуться назад |