Главная > Dünya > Ağ Ev erməni ordusu ilə bağlı faktı təsdiqlədi - ABŞ hərbçisi Ermənistan ordusunda çalışacaq

Ağ Ev erməni ordusu ilə bağlı faktı təsdiqlədi - ABŞ hərbçisi Ermənistan ordusunda çalışacaq


18-07-2024, 13:11. Разместил: admin
Ağ Ev erməni ordusu ilə bağlı faktı təsdiqlədi - ABŞ hərbçisi Ermənistan ordusunda çalışacaq


Amerika ordusunun nümayəndəsi Ermənistanın Müdafiə Nazirliyində çalışacaq.

Bu xəbəri Ermənistanda səfərdə olan ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya Amerika ordusunun nümayəndəsinin Ermənistan Müdafiə Nazirliyində işləyəcəyi ilə bağlı məlumatı təsdiqləyib.

“Xəbəri təsdiqləyirəm. Bu xoş hadisədir, təfərrüatları  barədə səfirimizdən və media komandamızdan məlumat ala bilərsiniz. Biz ABŞ və Ermənistan arasında müdafiə-mülki və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşməsini alqışlayırıq. Bu həm də Ermənistan-Amerika münasibətlərində strateji tərəfdaşlığın yeni mərhələsinə qədəm qoymasının tarixi faktına işarə edir”,- Zeya qeyd edib.


Вернуться назад