Главная > Dünya > Polşa prezidenti: İmkan versək Rusiya-NATO müharibəsi qaçılmazdır

Polşa prezidenti: İmkan versək Rusiya-NATO müharibəsi qaçılmazdır


17-07-2024, 13:26. Разместил: admin
Polşa prezidenti: İmkan versək Rusiya-NATO müharibəsi qaçılmazdır


"Rusiya bu gün NATO-nun təhlükəsizliyinə ən böyük və birbaşa təhdiddir. Onun Ukraynadakı münaqişədə qələbəsi böyük müharibənin başlanmasına səbəb ola bilər".
  Polşa prezidenti Anjey Duda bunu "Wirtualna Polska"ya müsahibəsində deyib .

“Ukraynanın uduzmasına imkan versək, Rusiya ilə Qərb arasında potensial müharibə çox yaxın olacaq. Əgər Rusiya imperializminə qarşı müqavimət göstərməsək və  Putinin qəddar bıçağı qalacaqsa, bu acgöz rus canavarı təkrar-təkrar hücum etmək istəyəcək”, - Duda  bildirib.
Onun sözlərinə görə, NATO bu gün münaqişənin başlamasına qədər günləri saymamalıdır, əksinə ona hazırlaşmalıdır. 

Onin fikrincə, NATO sülh istəyirsə, o zaman müharibəyə hazırlaşmalıdır. "Alyans o qədər güclü olmalıdır ki, ona hücum etmək faydasız olsun”, - Duda bildirib.


Вернуться назад