Главная > Dünya > Bu ölkədə anomal istilər insan ölümlərinə səbəb oldu
Bu ölkədə anomal istilər insan ölümlərinə səbəb oldu15-07-2024, 11:41. Разместил: admin |
İtaliyanın mərkəzi və cənub regionlarında müşahidə edilən anomal istilər üç nəfərin ölümünə səbəb olub. AZƏRTAC xəbər verir ki, qızmar isti səbəbindən biri paytaxt Romada, ikisi Apuliya regionunda olmaqla, üç yaşlı insan ölüb. Meteoroloqlar Afrika antisiklonunun təsiri ilə müşahidə olunan anomal istilərin qarşıdakı həftə ərzində də davam edəcəyini bildiriblər. İyulun 18-dən 19-dək Foccia və Taranto bölgələrində 41 dərəcə isti gözlənilir. Benevento, Sirakuza, Florensiya, Terni, Aqriqento, Kaserta və Ferrarada 40 dərəcə isti, Romada temperatur 40 dərəcəyə, Milanda isə 35 dərəcəyə yaxın olacaq. Hətta 1500 metr yüksəklikdə temperatur 24 dərəcəyə çatacaq və bu, 2012-ci ildə qeydə alınan 20 dərəcəlik göstəricidən yüksəkdir. Siciliya və Sardiniya adalarında meşə yanğını təhlükəsi ilə bağlı əhaliyə xəbərdarlıq olunub, mülki müdafiə qüvvələri hazır vəziyyətə gətirilib. Вернуться назад |