Главная > Dünya > Ermənistanda mülki şəxslər hərbi hissəyə basqın etdi

Ermənistanda mülki şəxslər hərbi hissəyə basqın etdi


11-07-2024, 13:44. Разместил: admin
Ermənistanda mülki şəxslər hərbi hissəyə basqın etdi


Ermənistanın Sünik vilayətində bir qrup mülki şəxs ölkənin hərbi hissələrindən birinə hücum edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ermənistanın İstintaq Komitəsi yayıb. 

Bildirilir ki, həmin şəxslərin məqsədi əsgər olan tanışları ilə bağlı bəzi məsələləri aydınlaşdırmaq olub. 

Məlumata görə, növbədə olan hərbçilərin tələbi ilə mülki şəxslər hərbi hissənin ərazisindən çıxsalar da, nəzarət-buraxılış məntəqəsinin qapısı önündə iki hərbçi ilə onlar arasında dava düşüb. 

Mülki şəxslərdən biri üzərində olan tapança ilə havaya atəş açıb. 

Hadisə ilə bağlı 3 nəfər həbs edilib. 


Вернуться назад