Главная > Dünya > Şahramanyanın maşınını buna görə alıbmışlar
Şahramanyanın maşınını buna görə alıbmışlar2-07-2024, 09:47. Разместил: admin |
Ermənistanın İstintaq Komitəsi iyunda Qarabağ separatçıların sonuncu “rəhbəri” Samvel Şahramanyanın xidməti avtomobilinin müsadirə edilməsinin səbəbini açıqlayıb. “Qafqazinfo” xəbər verir ki, komitə “Sputnik Ermənistan”ın sorğusuna cavab olaraq bildirib ki, Şahramanyanın avtomobili narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı başladılan iş çərçivəsində müsadirə edilib. Qeyd olunub ki, burada söhbət “Toyota Camry” markalı avtomobildən gedir. Xatırladaq ki, iyunun 21-də Ermənistan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstələri Qarabağ separatçılarının İrəvandakı nümayəndəliyinin darvazasını sındırıb, Samvel Şahramanyanın xidməti avtomobilini müsadirə ediblər. Buna cavab olaraq, Tavuş yeparxiyasının rəhbəri, müxalif “Vətən naminə Tavuş” hərəkatının lideri Baqrat Qalstanyan öz “Lexus” markalı avtomobilini Şahramanyana hədiyyə edib. Вернуться назад |