Главная > Dünya > Rusiya İranın təsirindən qurtulmağa çalışır? - Qətərdən ŞOK
Rusiya İranın təsirindən qurtulmağa çalışır? - Qətərdən ŞOK13-05-2024, 10:06. Разместил: admin |
Rusiya federasiyaya sadiq zabitlər təyin etməklə Suriyadakı İran təsirindən qurtulmağa çalışır. Bu barədə Qətərin “Əl-Ərəbi Əl-Cədid” qəzeti Suriyadakı mənbəsinə istinadən məlumat yayıb. "Suriyanın kəşfiyyat orqanları Rusiya Federasiyasına sadiq olan bir sıra zabitləri ölkənin qərbində yerləşən Homs və Həmada hava qüvvələrinin kəşfiyyatı üçün məsul vəzifələrə təyin edib", - nəşr yazıb. Qeyd edilir ki, Rusiya bununla Suriya təhlükəsizlik qüvvələrini İranın təsirindən çıxarmağa çalışır. 19 yanvarda da Qətərin “Əl-Ərəbi Əl-Cədid” qəzeti yeni təhlükəsizlik təyinatlarının Rusiya tərəfindən təşkil edildiyini bildirib. Mənbəyə görə, “Rusiya Əli Məmlükü (hazırda Suriya prezidenti Əsədin müşaviri) Suriyada siyasi rola hazırlayırdı”. Вернуться назад |