Главная > Dünya > İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ13-05-2024, 15:30. Разместил: admin |
"İrəvan yenə qarışıb, amma görünən odur ki, Paşinyan bu dəfə də sükanı əlində saxlamağı bacaracaq. Çünki kilsəni qabağa verən qüvvələr xalqı bir az tərpədə bildilər. Amma etirazların lideri və simvolu olan “keşiş Qaponun”, Qalstanyanın dünən gedib Koçaryanla görüşməsindən, “Qarabağ klanının” bu aksiyanın əsas sponsoru olduğu ortalığa çıxmasından sonra bu aksiyanın 2-3 günə sönəcəyini artıq indidən söyləmək mümkündür". Bu sözləri REAL-ın təmsilçisi Natiq Cəfərli deyib. Ekspert bildirib ki, Paşinyan və komandası erməni toplumu üçün acı da olsa, bəlli bir həll yolları təqdim edir: "Yeni siyasi-fəlsəfi diskurs açır, xəyali Ermənistandan real Ermənistana keçid edir, sülhdən, əməkdaşlıqdan danışır. "Qarabağ klanı", kilsə, keşişlər alternativ olaraq nə təqdim edirlər? Heç nə, pafos, müharibə, münaqişə, tarixi miflər. Orta-statistik ermənini bu mövzular ilə cəlb etmək mümkün deyil, özü də prosesdə Qarabağ klanı varsa, heç mümkün deyil. Orta-statistik erməni anlayır ki, indi zəifdilər, 200 illik təhlükəsizlik konsepsiyaları da çöküb, yenisini yarada bilmirlər, demoqrafik fəlakət davam edir. İqtisadiyyatı Rusiyadan asılı olan ölkənin gələcəyini Qərbdən asılı etmək mümkün olmur. Yeganə rasional yol qonşularla normal münasibətlər quraraq dinc yaşamaqdan, miflərdən qurtulmaqdan keçir. İrəvanın baş meydanında 20-25 min adam yığışdı. Bu, son illər Paşinyan əleyhinə olan ən böyük mitinq idi, amma qarşıdakı günlərdə artıq o qədər insan yığışacağını düşünmürəm. Əgər məlum olsa ki, meydana gələnlərin arasında Rusiyadan gələn minlərlə “relokantlar” olub, şəxsən təəccüblənmərəm. İrəvanda 100 minə yaxın Rusiya vətəndaşı yaşayır..". Вернуться назад |