Главная > Dünya > ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest10-05-2024, 12:54. Разместил: admin |
ABŞ Suriyada Türkiyəyə güzəştə gedə bilər. Bu barədə Amerikanın nüfuzlu “Atlantic Council” analitik mərkəzi bildirib. Qeyd edilir ki, ABŞ Suriyada İŞİD-in saxlanma düşərgələrinə Türkiyənin nəzarəti və bu ölkədəki Amerika hərbçilərinin müdafiəsi müqabilində kürd hərbi-siyasi təşkilatı PKK/YPG-yə dəstəyi dayandıra bilər. Bildirilir ki, bu qərar NATO maraqlarını təşviq etmək üçün Ankara ilə Vaşinqton arasında digər regional münaqişələr üzrə əməkdaşlığı genişləndirəcək. "Suriyadakı vəziyyət Türkiyədə təhlükəsizlik baxımından birinci prioritet hesab edilsə də, ABŞ-də buna daha az diqqət yetirilir. Bunu dəyişmək zərurəti yaranıb. Hər iki ölkə Suriya ilə bağlı mübahisələrin həllinə diqqətini yenidən cəmləməlidir ki, ikitərəfli əlaqələrdə böyük gərginliyin yeni sahələrinə çevrilməsin", - deyə vurğulanır. Вернуться назад |