Главная > Dünya > Ukraynada ordudan yayınanlara qarşı sərt cəza
Ukraynada ordudan yayınanlara qarşı sərt cəza10-05-2024, 09:35. Разместил: admin |
Ukrayna Ali Radası səfərbərliklə bağlı hərbi qeydiyyat qaydalarının pozulmasına görə cəzaları sərtləşdirir. Səfərbərliyin pozulması ilə bağlı Cinayət Məcəlləsinə və İnzibati Xətalar məcəllələrinə dəyişikliklər nəzərdə tutulub. Dəyişikliyə əsasən, çağırışçılar hərbi qeydiyyat qaydalarını pozduqlarına görə hərbi xidmətdən yayınanlar üçün cərimələrin əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur. Dəyişikliyə əsasən - sülh dövründə - 5100-dən 8500-dək (təqirbən 600 AZN) qrivna (mülki şəxslər üçün), 17.000-dən 34.000 (təqribən 750-1500 AZN) qrivna (rəsmi və hüquqi şəxslər); - müharibə dövründə - müvafiq olaraq 17.000-dən 25.500 (750-1000AZN) və 34.000-dən 59.000 (1500-2000AZN) qrivnədək cərimə nəzərdə tutulur. Вернуться назад |