Главная > Dünya > Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ6-05-2024, 10:31. Разместил: admin |
“Azərbaycan son vaxtlara qədər postsovet məkanında ağlasığmaz görünən bir işi bacardı. Bakı Rusiya sülhməramlılarının Qarabağdan tezliklə çıxarılmasına nail olmaqla yanaşı, həm də bu prosesi İlham Əliyevin (Azərbaycan Prezidenti) Moskvaya qeyri-adi isti atmosferdə baş tutan səfəri ilə müşayiət olundu”. Bu barədə Amerikanın nüfuzlu analitik mərkəzi "Carnegie" yazır. Nəşr hesab edir ki, Rusiya və Azərbaycanın bu nümayişkaranə yaxınlığı heç də o demək deyil ki, onlar indi yaxın müttəfiqdirlər və Bakı Moskvaya qarşılıqlı güzəştə getməyə hazırdır: “Daha doğrusu, Kreml Qarabağ məsələsinin bağlandığını anladı və qaliblə münasibətləri korlamamağa qərar verdi. Bakı isə indi İrəvanla birbaşa dialoq qurur və indiyə qədər bu, kifayət qədər effektiv olub”. Вернуться назад |