Главная > Dünya > Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet

Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet


6-05-2024, 09:43. Разместил: admin
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet


Dünyanın ən zəngin adamlarından biri, amerikalı milyarder Uorren Baffet süni intellektlə bağlı həyəcan təbili çalaraq xəbərdar edib ki, onun inkişafı fırıldaqçılığı hər zamankından daha inandırıcı hala gətirməyə geniş imkanlar yaradır.

O bu fikrini "Berkshire" şirkətinin səhmdarlarının illik yığıncağında deyib.

Qeyd edib ki, fırıldaq hər zaman Amerika həyatının bir hissəsi olub.

Baffetin sözlərinə görə, süni intellektdən istifadə edilməklə yaradılmış şəkillər və videolar o qədər inandırıcı olub ki, onların real olub-olmadığını müəyyən etmək, demək olar, mümkün deyil.

"Əgər mən fırıldaqçılıqla maraqlansaydım, bu, bütün zamanların ən sürətlə inkişaf edən sənayesi olardı", - o qeyd edib.

Bu baxımdan da Baffet süni intellektin meydana gəlməsini atom bombasının yaradılması ilə də müqayisə edib.

“Nüvə silahı hazırlayanda cini şüşədən buraxdıq. Bu cin son vaxtlar bəzi dəhşətli işlər görür. Onun gücü məni qorxudur. Süni intellekt bir qədər oxşardır. Ola bilsin ki, biz bu cini heç vaxt görməməyi üstün tuturuq”, - milyarder vurğualyıb.


Вернуться назад