Главная > Dünya > Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB

Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB


3-05-2024, 10:11. Разместил: admin
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB


Gürcüstanın baş naziri İrakli Kobaxidze xarici agentlər haqqında qanun layihəsinin müvəqqəti geri götürülməsini tələb edən Amerika tərəfinin ona qarşı qoyduğu şərtlərə görə ABŞ-yə səfərdən imtina edib.

Bu barədə Gürcüstan XİN-in yaydığı bəyanatda deyilir.

“ABŞ səfirliyi tərəfindən Gürcüstan hökumətinin yüksək rütbəli nümayəndələrinin ABŞ-yə dəvət olunduğu barədə bəyanat yayılıb, gürcü tərəfi bundan imtina edib. Bununla əlaqədar deyə  bilərik ki, Gürcüstanın baş nazirinin ABŞ-yə səfərinədək Gürcüstan parlamentinin “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin müzakirəsini müvəqqəti dayandırmaq şərti ilə dəvət edilib. Şərtlərlə səfərin həyata keçirilməsi qarşılıqlı hörmət və qarşılıqlı etimada əsaslanmalı olan tərəfdaşlıq ruhuna uyğun gəlmir”, - XİN-in bəyanatında deyilir.


Вернуться назад