Главная > Dünya > Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür26-04-2024, 12:55. Разместил: admin |
Rusiya qoşunları Amerikanın Kiyevə hərbi yardımı gələnə qədər mümkün qədər çox ərazi ələ keçirməyə çalışır. Ona görə də rus işğalçıları Çasavoy Yarı ələ keçirməklə cəbhə xəttini yarıb digər şəhərləri ələ keçirməyə çalışır. Bu barədə ISW-nin hazırladığı hesabatda qeyd olunub. Analitiklər qeyd edib ki, Çasovoy Yarın işğalı rus ordusuna Donetsk vilayətində Ukrayna ordusunun əhəmiyyətli müdafiə kəmərini təşkil edən şəhərlərə qarşı hücuma keçməyə imkan verəcək. Onların fikrincə, bu həm də Rusiya qoşunlarının əməliyyat baxımından əhəmiyyətli irəliləyiş əldə etməsi üçün yaxın perspektivlər açır. Eyni zamanda, Avdiyevkanın qərbindəki hücum əməliyyatları onlara taktiki üstünlüklər verə bilər. ISW analitikləri qeyd edib ki, rus qoşunlarının hücum əməliyyatının gücləndirməsinin əsas səbəbi Amerikanın Kiyevə hərbi yardımı gələnə qədər mümkün qədər çox ərazi ələ keçirməkdir. Вернуться назад |