Главная > Dünya > İranlı nazir barədə həbs qərarı verildi
İranlı nazir barədə həbs qərarı verildi24-04-2024, 10:02. Разместил: admin |
Argentina məhkəməsi İranın daxili işlər nazirinin həbsinə beynəlxalq order verib. "Mehr" xəbər verir ki, qurum rəhbəri Əhməd Vahidi 1994-cü ildə Buenos-Ayresdə yəhudi icmasının binasının partladılmasında ittiham olunur. O, 86 nəfərin ölümünə səbəb olan hadisədə əlinin olmasında günahlandırılır. Vahidi hazırda Pakistandan Şri-Lankaya səfər edən İran nümayəndə heyətinin tərkibindədir. Qeyd olunur ki, Argentina Pakistan və Şri-Lanka hökumətlərinə iranlı nazirin həbs edilərək onlara təhvil verilməsi xahişi ilə müraciət edib. Вернуться назад |