Главная > Dünya > İsrail 6 məqamda çıxılmaz vəziyyətdə: ABŞ əməkdaşlıq etməsə... - İsrail mediası
İsrail 6 məqamda çıxılmaz vəziyyətdə: ABŞ əməkdaşlıq etməsə... - İsrail mediası22-04-2024, 10:23. Разместил: admin |
ABŞ ilə əməkdaşlıq olmasa, İsrail müharibəni uduzacaq. Bu barədə İsrailin nüfuzlu nəşri "Ynet yazır və 6 mühüm cəbhənin hər birində çıxılmaz vəziyyətə düşdüyünü qeyd edib. "6 cəbhə dedikdə, girovların azad edilməsi, Rəfiyə şəhərində əməliyyat, müharibədən sonra Qəzza zolağının idarə olunması, şimalda müharibə, Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşması və İran təhlükəsi nəzərdə tutulur", - deyə bildirilir. Nəşr yazır ki, İsrail ordusunun Qəzza zolağının cənubundakı Rəfiyyə qəsəbəsindəki əməliyyatı ABŞ və İsrail arasında razılaşma olmadığı üçün ləngiyir: “İsrail hökuməti ayaqlarını süründürür, bu səbəbdən Vaşinqtonla təmaslar dalana dirənib”. Məqalədə deyilir ki, Səudiyyə Ərəbistanı ilə normallaşma mümkündür, lakin Netanyahunun Fələstin dövlətinin yaradılmasını müzakirə etmək istəməməsi səbəbindən danışıqlar “ləng gedir”: "Şimaldakı müharibəyə gəlincə, qeyd edilir ki, İsrail və Hizbullah münaqişənin danışıqlar yolu ilə həllinə üstünlük verirlər, lakin Qəzza zolağında atəşkəs əldə olunmayana qədər bu mümkün deyil". “Buna görə də İsrail Fələstin məsələsində sərt mövqeyindən əl çəkməli, Amerikanın tələblərinə cavab verməlidir... Bayden administrasiyası ilə dərhal və strateji əməkdaşlıq etmədən biz nəinki uzun müddət çıxılmaz vəziyyətdə qalacağıq, həm də müharibəni uduzacağıq”, - nəşr yazır. Вернуться назад |