Главная > Dünya > Paşinyan Bakıya qarşı revanşa hazırlaşır - Razuvayev
Paşinyan Bakıya qarşı revanşa hazırlaşır - Razuvayev4-04-2024, 09:24. Разместил: admin |
Nikol Paşinyanın atdığı addımlar dəhşətli avantüra və sözün əsl mənasında “intihar” kimi görünür. Amma o, bilərəkdən bu yükü öz üzərinə götürdü. Axar.az xəbər verir ki, bunu rusiyalı maliyyəçi və siyasi şərhçi Aleksandr Razuvayev deyib. “Qərbdən zəmanət alan Paşinyan müəyyən müddətdən sonra Qarabağa görə qisas almağa çalışacaq. Bütövlükdə buna nə Qərbin, nə də onun ehtiyacı var. Çünki Qərb hələ də Ermənistana kifayət qədər silah verməyib. Ermənistan qonşuları ilə barışmaq əvəzinə növbəti avantüraya başlayır. Sülh içində yaşamaq istəmirlər. İrəvanın avantüraları nəticəsində Ermənistan dövlətçiliyi sadəcə olaraq çökə bilər”, - o bildirib. Razuvayevin fikrincə, Rusiya Ermənistanla “uyğunlaşmayacaq”: “Lakin o, əvvəlki kimi, bütövlükdə Cənubi Qafqazla “uyğunlaşacaq”. Çünki tarixən bu region onun üçün strateji idi, Cənubi Qafqaz bu gün Rusiyanın sərhəddidir. Ermənistan KTMT-dən çıxsa, biz bundan da heç nə itirməyəcəyik. Ümumiyyətlə, Rusiya həmişə Ermənistanın mövcudluğunun qarantı olub. Amma indi elə bir məqam yetişib ki, öz milli maraqlarımıza hörmət etmək xüsusilə zəruridir. Ermənistan real olaraq regionda NATO-nun varlığına zəmin yaratsa, Türkiyənin Alyansın üzvü olduğunu unutmamalıdır. Türkiyə isə Bakıya dəstək olacaq. Eyni zamanda, Ankara Moskva ilə konstruktiv münasibətlərə malikdir. Bundan nə nəticə çıxacaq? Paşinyan ABŞ, eləcə də AB ilə koordinasiyada, sadəcə olaraq, Brüssel və Vaşinqtonun “kasıb”, zərər çəkmiş Ermənistana hərbi, iqtisadi yardım göstərmələrinə dair sənədin imzalanmasına şərait yaradır. Və bu sənəd Cənubi Qafqazın tarixində dönüş nöqtəsi ola bilər. Əslində bu, Ermənistanın NATO-ya qeyri-rəsmi daxil olmasıdır. Ermənistanın Baş nazirinin əvvəllər işğal olunmuş səkkiz kənddən dördünün Azərbaycana qaytarılmasını ört-basdır etmək üçün “eskalasiya”dan istifadə etməsi sadəcə olaraq İrəvanın bütün istiqamətlərdə gördüyü işlərdir. Ermənistan hakimiyyəti hər ehtimala qarşı işğal etdiyi kəndlərin Bakıya verilməsini belə formada qurur ki, ölkə daxilindəki insanlar üsyan etməsin”. Вернуться назад |