Главная > Dünya > "Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"28-03-2024, 09:49. Разместил: admin |
Sumqayıtdan olan Kamil Nəsibov ötən günlərdə Rusiya mediasının diqqət mərkəzinə düşdü. Məlum olduğu kimi, o, Moskva vilayətində “Crocus City Hall” kompleksində terror zamanı qəhrəmanlıq göstərən azərbaycanlılar sırasında idi. “SHOT” teleqram kanalı onunla müsahibəsini “Crocus”da törədilən terror aktı zamanı Azərbaycan vətəndaşı 100-dən çox insanı xilas etdi” başlığı ilə paylaşıb. Kanalın izləyicilərinin əksəriyyəti Kamili alqışlayıblar. Lakin onların arasında məzmuna görə Kamilə qarşı ksenofobik təhqirlər yazanlar da olub. Belə ki, narazılıq edənlər bunu miqrantların imicini “ağartmaq” cəhdi ilə izah ediblər. Kamil Nəsibovun isə bildirib ki, belə insanlara gündəlik mənfilik dozası lazımdır: "Mən onlara nəyi sübut etməliyəm? Belə insanlara gündəlik mənfilik dozası lazımdır və mən bunu onlara verməyəcəyəm. “Crocus”da olmayan kreslo şərhçiləri üçün insanları mühakimə etmək çox asandır. Mən heç kimə təhqiramiz cavab vermədim, sadəcə, oxudum. Ancaq sonda bir neçə nifrət postunun müəllifi ilə əlaqə saxlamaq qərarına gəldim, onlara hesabımdan şəxsi mesaj göndərdim: “Qulaq asın, bu saxta deyil, mən real insanam, bot deyiləm”. Onlar telegramda şəkillərimə baxdılar, gördülər ki, feyk profil deyil və üzrxahlıq etdilər". Вернуться назад |