Главная > Dünya > Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Fransa ordusu Ukraynaya girir - 5 ssenari28-03-2024, 09:18. Разместил: admin |
Fransa Prezidenti Emmanuel Makron Qərb qoşunlarının Ukraynaya göndərilməsinə dair açıqlaması ilə bütün Avropanı həyəcanlandırıb. Qərbdə bu məsələdə hələ də konsensus yoxdur. Axar.az xəbər verir ki, bu barədə “Le Figaro” nəşri məlumat yayıb. "NATO qoşunlarının Ukraynaya göndərilməsinin beş mümkün ssenarisini var: Ssenari 1: Fransa Ukraynada zavodlar yaradır. Bu planın bir hissəsi kimi Paris silah istehsalı zavodları tikə bilər. Ssenari 2: Hərbçilər minalardan təmizləmə və təlimlə məşğul olacaqlar. Bu halda Fransa Ukrayna Silahlı Qüvvələrinin döyüşçülərinə birbaşa təlim keçəcək, həmçinin ölkə ərazisinin partlayıcı obyektlərdən təmizlənməsinə kömək edəcək. Ssenari 3: Odessanın müdafiəsi. Fransa Ukraynanın liman şəhərinin qorunmasında fəal iştirak edə bilər. Ssenari 4: Fransız ordusu müdafiə zonası yaradır. Burada söhbət fransız qoşunlarının ukraynalılara kömək etmək üçün bufer zonaları yaratmasından gedir. Ssenari 5: Səngərlərdə qarşıdurma. Bu plan fransız qoşunlarının Ukrayna cəbhəsindəki döyüşlərdə birbaşa iştirakını nəzərdə tutur", - məqalədə bildirilib. Вернуться назад |