Главная > Dünya > Rusiya-Çin-İran ittifaqı Qərb üçün kabusa çevrilib
Rusiya-Çin-İran ittifaqı Qərb üçün kabusa çevrilib25-03-2024, 13:44. Разместил: admin |
Rusiya, Çin və İran arasındakı müttəfiqlik ABŞ və müttəfiqləri üçün kabusa çevrilməkdədir. Bu barədə "The Economist" yazıb. Nəşr qeyd edir ki, Qərb dövlətlərinin sanksiya təzyiqi Rusiya Federasiyası, Çin və İranın “ümumi düşmən”ə qarşı bir araya gəlməsinə səbəb olub. Bu ölkələr artıq ABŞ-nin hökmranlığı olmayacaq çoxqütblü dünya ideyasını dəstəkləyirlər. “Hər üç ölkə BRİKS kimi eyni beynəlxalq təşkilatların üzvüdür. İkitərəfli ticarət artır və rüsumsuz blokların, yeni ödəniş sistemlərinin və Qərbin nəzarətində olan ərazilərdən yan keçən ticarət yollarının yaradılması planları hazırlanır. Bu, Amerika və onun müttəfiqləri üçün kabusdur”, - nəşr yazır. "The Economist" onu da qeyd edib ki, inkişaf edən anti-Qərb oxu sanksiyalardan yayına, hərbi münaqişələrdə qalib gələ, həmçinin digər oyunçuları öz tərəfinə çəkə bilər. Вернуться назад |