Главная > Dünya > Rusiyada son 20 ilin ən qanlı teraktı: İŞİD Rusiyadan nə istəyir? - SİYAHI
Rusiyada son 20 ilin ən qanlı teraktı: İŞİD Rusiyadan nə istəyir? - SİYAHI25-03-2024, 12:30. Разместил: admin |
Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki "Krokus Siti Holl"da törədilən və İŞİD-in məsuliyyəti öz üzərinə götürdüyü terakt nəticəsində ölənlərin sayı artmaqda davam edir. "Posta" qəzeti xəbər verir ki, bu terakt İŞİD-in 2015-ci ildə Fransanın paytaxtı Parisdə həyata keçirdiyi hücumlar Moskvadakı hücuma bənzəyir. Hücumlarda Bataclan teatrında azı 100, digər altı bölgədə isə azı 40 nəfər həlak olmuşdu. Moskvadakı konsert zalına hücum Rusiyada son 20 ildə törədilən ən qanlı hücumdur. Belə ki, son 20 il ərzində Rusiyada dəfələrlə terakt törədilib. Həmin hücumların siyahısını təqdim edirik: 1999: Moskvada çoxmənzilli binalara edilən hücumlarda ümumilikdə 293 nəfər həlak olub. Çeçen separatçıları tərəfindən həyata keçirildiyi elan edilən hücumlar iki həftə davam edib. Moskva bu hücumlardan Çeçenistanda müharibəyə başlamaq üçün istifadə edib. 2002: Çeçen separatçıları Moskvada Dubrovka teatrına hücum edərək 800 nəfəri girov götürüb. Təhlükəsizlik qüvvələrinin qazla müdaxiləsi nəticəsində 130 nəfər həlak olub. 2003: Çeçen kamikadzelər Moskva yaxınlığındakı hava limanında konsertə basqın etməsi nəticəsində 15 nəfər ölüb. 2004: Dağıstandan olan iki kamikadze Moskva metrosuna hücum etdib. Partlayış nəticəsində 40 nəfər dünyasını dəyişib. 2004: Çeçen separatçıları Beslan şəhərindəki məktəbdə 777 uşaq daxil olmaqla 1100-dən çox insanı girov götürdükdən sonra Rusiya təhlükəsizlik qüvvələri müdaxilə edib. 3 gün davam edən qarşıdurmalar 334 nəfərin ölümü ilə nəticələnib. 2011: Moskvanın Domodedovo hava limanına hücumda 37 nəfər ölüb. Hücuma görə məsuliyyəti Qafqaz İslam Əmirliyi qruplaşması öz üzərinə götürüb. İŞİD Rusiyadan nə istəyir? Təşkilat Rusiyanın xüsusilə Əfqanıstan, Çeçenistan və Suriyaya müdaxiləsindən narahatdır. Məlumdur ki, İŞİD-in bu ölkələrdəki vəziyyətə görə Rusiyaya qarşı böyük düşmənçiliyi var. İŞİD son illərdə Rusiya lideri Putinə qarşı sərt mövqeyi ilə diqqət çəkib və tez-tez təbliğatında bu məsələdən istifadə edir. İŞİD Rusiyanı "əllərində müsəlman qanı olmaqda" ittiham edir. Bildirilir ki, Rusiya Ukraynadakı müharibə səbəbindən İŞİD təhlükəsinə məhəl qoymayıb. Təşkilatın media orqanı "Amaq" tərəfindən paylaşılan açıqlamada hücumun İŞİD-lə anti-İslam ölkələri arasında davam edən müharibənin bir hissəsi olduğu bildirilib. Moskvada törədilən qanlı terror aktının məsuliyyətini üzərinə götürən İŞİD-in Xorasan qolu ötən yanvar ayında İstanbulun Sarıyer şəhərində kilsəyə edilən və bir nəfərin ölümü ilə nəticələnən hücumla da gündəmə gəlmişdi. Qeyd olunur ki, İŞİD-in Mərkəzi Asiyadan Qafqaza qədər uzanan keçmiş sovet coğrafiyasında fəal olan Xorasan qolu İraq və Suriya qolları dağılsa da, sağ qalır. Əksəriyyəti Tacikistan, Əfqanıstan, Fars, Özbəkistan, Çeçen və Qafqaz vətəndaşlarından ibarət olan təşkilatın üzvləri Rusiya pasportu da daşıyırlar. Beynəlxalq xəbər agentlikləri, terror təşkilatının qondarma agentliyi “Amaq”a istinadla Moskvadakı hücuma görə məsuliyyətini İŞİD-in Xorasan qolunun üzərinə götürdüyünü açıqlayıb. Вернуться назад |