Главная > Dünya > 4 kənd Azərbaycanındır, yol ordan keçir… - Erməni nazir
4 kənd Azərbaycanındır, yol ordan keçir… - Erməni nazir14-03-2024, 14:22. Разместил: admin |
Delimitasiya və demarkasiyanın məqsədi bir tərəfdə Ermənistan, digər tərəfdə Azərbaycan olmaqla, sərhəd xəttini dəqiq müəyyən etməkdir. Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan parlamentdə mediaya açıqlamasında deyib. “Hər iki tərəf üçün məqbul olan, bu proses üçün əsas olacaq hüquqi xəritəni götürmək lazımdır”, - o əlavə edib. Ermənistanın Baş naziri Nikol Paşinyanın infrastrukturların Ermənistan ərazisindən keçməsi üçün yenidən qurulmalı olduğu barədə bəyanatına toxunan nazir qeyd edib: “Bu ərazilərdə elə yerlər var ki, yollar və ya digər infrastrukturlar sərhədə kifayət qədər yaxındır, bəzi yerlərdə ola bilər ki, onlar sərhədi keçirlər, bu da o deməkdir ki, bəzi hissələrdə yenidən strukturlaşma məsələsi yarana bilər. Söhbət bu gün istifadədə olan yoldan gedir”. Ermənistana daxil olan yollar və ya qaz kəməri marşrutunun dəyişdirilməli olub-olmaması ilə bağlı aydınlaşdırıcı suala nazir belə cavab verib: “İş aparılmalıdır ki, nəticədə aydınlaşdıraq: yalnız yol və yalnız qaz kəmərindən söhbət gedir, yoxsa bu, digər infrastruktura da aiddir. Bu iş hələ başlamayıb, müddət də müəyyən edilməyib”. Delimitasiya prosesi aparılmadığı halda Baş nazir Nikol Paşinyanın 4 kəndin (Ermənistanın işğalı altında olan 8 kənddən anklav olmayan Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli kəndləri – red.) Ermənistan ərazisində yerləşmədiyi haqda niyə tələsik açıqlamasına gəlincə, nazir bildirib ki, bunun səbəbi var: “Baxmayaraq ki, iş tamamlanmayıb, ancaq müəyyən iş görülüb, ortada müəyyən xəritələr var ki, orda hər şey görünür”. O, artıq bu ərazilərdə alternativ yolların salınması ilə bağlı yayılan məlumatları təkzib edib. Вернуться назад |