Главная > Dünya > Rusiya və Qərb Ermənistanı Azərbaycana verib, bizə İran lazımdır - Ayvazyan
Rusiya və Qərb Ermənistanı Azərbaycana verib, bizə İran lazımdır - Ayvazyan14-03-2024, 09:00. Разместил: admin |
Rusiya və Qərbin böyük əksəriyyəti Ermənistanı Azərbaycana qurban verməyə çoxdan razılaşıblar. Bunu erməni politoloq Armen Ayvazyan deyib. O qeyd edib ki, Rusiya İrəvana zəmanət verməyəcəyini açıq şəkildə bəyan edir, Rusiya Ermənistana qarşı hər gün Azərbaycana dəstək ifadə edir, Qərb də Ermənistana zəmanət verməyəcəyini bildirir. Buna misal olaraq 2023-cü ildə istanbulda keçirilən görüşü misal çəkib. “2023-cü ilin payızında Qarabağdakı antiterror əməliyyatından bir neçə gün əvvəl İstanbulda Rusiya, ABŞ və Avropa İttifaqının nümayəndələri arasında görüş keçirilib. Aydındır ki, görüşdə Türkiyə tərəfi də iştirak edib”, - politoloq qeyd edib. Ekspert yaranmış vəziyyətdə İranla əlaqələrin daha da inkişaf etdirilməsini təklif edib. "Diqqətimizi İrana yönəltməli, onunla müqavilələr bağlamalı, birgə təlimlər keçirməli, lazım gələrsə, Zəngəzurda (Sünik) müəyyən sayda İran bölmələrini yerləşdirməliyik”, - Armen Ayvazyan vurğulayıb. Вернуться назад |