Главная > Dünya > Azərbaycanla Ermənistan arasında müharibə… - ABŞ kəşfiyyatı
Azərbaycanla Ermənistan arasında müharibə… - ABŞ kəşfiyyatı13-03-2024, 13:17. Разместил: admin |
2024-cü il ərzində Azərbaycan-Ermənistan münasibətləri çox güman ki, gərgin olaraq qalacaq, lakin Azərbaycanın Qarabağı geri qaytarması qeyri-sabitliyi azaldıb, hərbi qarşıdurmanın müddəti və intensivliyi məhdud olacaq. Bu barədə martın 11-də dərc edilən “ABŞ Kəşfiyyat Birliyinin illik təhlükələrin qiymətləndirilməsi” hesabatında deyilir. “Bununla belə, ikitərəfli sülh müqaviləsinin olmaması, onların silahlı qüvvələrinin yaxınlığı, atəşkəs rejiminə əməl etmək üçün mexanizmin olmaması və Azərbaycanın Ermənistanla danışıqlarda öz məqsədlərinə nail olmaq üçün kalibrlənmiş hərbi təzyiqdən istifadə etmək istəyi qalacaq. Azərbaycanın anklavı olan Naxçıvanla birləşdirən quru dəhlizinə Bakının çıxış tələb etməsi silahlı qarşıdurma riskini artıracaq”, - hesabatda qeyd olunur. Вернуться назад |