Главная > Dünya > Əliyevlə razılaşdıq ki... - Paşinyan masada olanlardan danışdı

Əliyevlə razılaşdıq ki... - Paşinyan masada olanlardan danışdı


19-02-2024, 09:39. Разместил: admin
Əliyevlə razılaşdıq ki... - Paşinyan masada olanlardan danışdı


Şənbə günü Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünün əsas nəticələrindən biri tərəflərin əvvəllər əldə edilmiş razılaşmalara sadiqliyini təsdiq etməsi olub.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

"Masada mühüm bir sual var idi. Tərəflər daha əvvəl Praqa və Brüsseldə əldə olunmuş razılaşmaları təsdiq edirmi? Əgər yekunlaşdırsaq, qeyd edə bilərik ki, tərəflər bu razılaşmalara sadiq qalırlar", - Ermənistan hökumət başçısı Almaniyadakı erməni diasporunun nümayəndələri ilə görüşdə deyib .

Baş nazir qeyd edib ki, yaxın vaxtlarda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü baş tutacaq. “Biz prezident Əliyevlə razılaşdıq ki, yaxın vaxtlarda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü baş tutacaq, bundan sonra ölkələr arasında sərhədin demarkasiyası və delimitasiyası üzrə komissiyanın növbəti iclası da keçiriləcək”, - Paşinyan qeyd edib.


Вернуться назад