Главная > Dünya > Borel və Lyayendən Rusiya bəyanatı: Şoka düşmüşük
Borel və Lyayendən Rusiya bəyanatı: Şoka düşmüşük17-02-2024, 09:00. Разместил: admin |
Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen rusiyalı siyasətçi Aleksey Navalnının ölümü ilə bağlı birgə bəyanat yayıb. “Rusiyalı müxalif siyasətçi Aleksey Navalnının ölümü ilə bağlı bu gün yayılan xəbərlər bizi şoka salır və kədərləndirir. Bizim düşüncələrimiz onun həyat yoldaşı Yuliya Navalnaya, ailəsi, Rusiyada və onun hüdudlarından kənarda Rusiyanın demokratik və dinc gələcəyinə inananların hamısı ilədir. Biz onun xatirəsini bir azadlıq döyüşçüsü kimi yad edəcəyik. Aleksey Navalnı bütün həyatı boyu inanılmaz cəsarət və qətiyyət nümayiş etdirdi. O, mənfur sui-qəsd cəhdindən sonra cəsarətlə Rusiyaya qayıtdı. O, Rusiyada demokratlara və vətəndaş cəmiyyətinə ümid verdi, buna görə də ölkənin hər yerindən çoxlu insan onun aksiyalarına qoşulub mesajlarını dinlədi” – deyə bəyanat müəllifləri qeyd ediblər. Вернуться назад |