Главная > Dünya > Bayden: ABŞ Yaxın Şərqdə hərbi əməliyyatlara başlayıb
Bayden: ABŞ Yaxın Şərqdə hərbi əməliyyatlara başlayıb3-02-2024, 09:37. Разместил: admin |
ABŞ Prezidenti Cozef Bayden Yaxın Şərqdə İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) və onlarla əlaqəli silahlılara qarşı hərbi əməliyyata başladığını elan edib. Bu barədə Ağ Evin saytında dərc olunan məlumatda deyilir. "Bu gün günortadan sonra, mənim göstərişimlə ABŞ qüvvələri İraq və Suriyada Sepah və onunla əlaqəli silahlıların ABŞ qüvvələrinə hücum üçün istifadə etdiyi hədəflərə zərbələr endiriblər. Cavabımız bu gün başlayıb. Bu, istədiyimiz vaxt, istədiyimiz yerdə davam edəcək", - bəyanatda deyilir. . "Birləşmiş Ştatlar Yaxın Şərqdə və ya dünyanın heç bir yerində münaqişə axtarmır. Amma bizə zərər verməyə cəhd edə biləcəklər bilsinlər ki, əgər siz amerikalıya zərər versəniz, cavab verəcəyik", - Bayden deyib. ©Report Вернуться назад |