Главная > Dünya > ABŞ-ın Suriyadakı hərbi bazası yenə VURULDU

ABŞ-ın Suriyadakı hərbi bazası yenə VURULDU


2-02-2024, 09:24. Разместил: admin
ABŞ-ın Suriyadakı hərbi bazası yenə VURULDU


Suriyanın şərqindəki Deyr əz-Zor əyalətindəki Ömər neft yatağında yerləşən ABŞ hərbi bazasına pilotsuz uçuş aparatı (PUA) hücum edib.

Bu barədə "RİA Novosti" yerli mənbəyə istinadla məlumat yayıb.

Mənbənin məlumatına görə, hücum nəticəsində bazada üç partlayış səsi eşidilib.

Bundan əvvəl Pentaqonun rəhbəri Lloyd Austin bildirib ki, Birləşmiş Ştatlar öz ordusuna hücumlara dözməyəcək və Yaxın Şərqdə Amerika qüvvələrini və maraqlarını qorumaq üçün bütün tədbirləri görəcək.

Qeyd edək ki, yanvarın 28-nə keçən gecə İranın pilotsuz təyyarəsi Suriya və İordaniya sərhədindəki Amerika hərbi bazasına hücum edib. Qəzzada müharibə başlayandan bəri ilk dəfədir ki, ABŞ Silahlı Qüvvələri düşmənin atəşindən sonra şəxsi heyət itkisinə məruz qalır.


Вернуться назад