Главная > Dünya > İranda koronavirus pandemiyasının üçüncü dalğası başlayıb

İranda koronavirus pandemiyasının üçüncü dalğası başlayıb


21-09-2020, 10:12. Разместил: admin
İranda koronavirus pandemiyasının üçüncü dalğası başlayıb


“İkinci dalğa ilə üçüncü dalğa arasında vaxt intervalı çox cüzi olub”

İranın Tehran əyalətinin ərazisində koronavirus pandemiyasının üçüncü dalğası başlayıb.

Xarici mətbuatı xəbər verir ki, bu barədə Tehranda Koronavirusla mübarizə əməliyyatı qərargahının rəhbəri Əlirza Zali bildirib.

“Son günlərin statistikası göstərir ki, Tehranda artıq üçüncü dalğa başlayıb”, – “ISNA” agentliyi onun sözlərini sitat gətirir.

Zali əlavə edib ki, “ikinci dalğa ilə üçüncü dalğa arasında vaxt intervalı çox cüzi olub”.

Qeyd edək ki, İranda son sutka ərzində daha 3 097 nəfərdə koronavirus aşkarlanıb, 183 nəfər vəfat edib. Bununla da ölkədə xəstələnənlərin sayı 422 140-a, virus qurbanlarının sayı isə 24 301-ə yüksəlib.  /AYNA/


Вернуться назад