Главная > Dünya > Paşinyanın yeni konstitusiyası rezonans yaratdı: Azərbaycan və Türkiyə…
Paşinyanın yeni konstitusiyası rezonans yaratdı: Azərbaycan və Türkiyə…24-01-2024, 11:07. Разместил: admin |
Baş nazir Nikol Paşinyanın Ermənistanın yeni konstitusiya hazırlanması ölkədə ciddi rezonansa səbəb olub. Erməni revanşist qüvvələr hesab edir ki, yeni konstitusiyada "erməni soyqırımı", Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiası kimi müddəalar çıxarılacaq. Ona görə də yeni konstitusiyanın qəbuluna qarşı çıxırlar. Ermənistan parlamentinin hakim partiyadan və konstitusiyanın yenilənməsinin tərəfdarlarınan bir olan deputat Ovik Ağazaryan erməni mediasına müsahibəsində deyib ki, Türkiyə "soyqırımı" məsələsini qəbul etmir. "Biz dövlət olaraq belə tələblər irəli sürə bilmirik. Türkiyəni qınamağa belə, hüquqi əsasımız yoxdur", - o bildirib Qarabağ məsələsinə gəldikdə isə deputat bildirib ki, bununla bağlı tarixi sənədlər, xüsusən də Almatı bəyannaməsi var və ona istinad etməliyik. "Elə etməliyik ki, gələcək nəsillərin bizi tənqid etmək üçün əlavə əsasları olmasın. Biz Konstitusiyanı yalnız dövlət idarəetmə sistemini daha məqsədəuyğun etmək üçün dəyişirik", -o vurğulayıb. Erməni diasporu ilə bağlı mövqeyini açıqlayan deputat deyib ki, 200 ildən sonra diaspor yox olacaq, amma biz dövlətçiliyi qoruyub saxlamalıyıq: "Erməni xalqının tarixinə istinadın davam etməsi, gələcəkdə də eyni səhvlərə yol aça bilər. Bir də axı Ermənistan tək erməni xalqına aid deyil, burada başqa millətlər də yaşayır, ona görə də, bu, düzgün yanaşma deyil. "Yəni Ermənistan həm də hindlilərin vətənidir" sualına gəldikdə Ağazaryan bunları deyib: "Hindistanlılar yox, yezidilər, kürdlər. Hindlilər qalarsa, 500 ildən sonra onların vətəninə çevriləcək". Вернуться назад |