Главная > Dünya > İran Ermənistana görə nə edəcək? - Satanovskidən açıqlama

İran Ermənistana görə nə edəcək? - Satanovskidən açıqlama


23-01-2024, 13:41. Разместил: admin
İran Ermənistana görə nə edəcək? - Satanovskidən açıqlama


İran Yaxın Şərqdə yerləşir və özlüyündə orada böyük problemlər yaradır, Tehranın hələ də kifayət qədər gücü var. 

Bunu Rusiya Yaxın Şərq İnstitutunun prezidenti Yevgeni Satanovski deyib.

“Bəs İran Ermənistana görə savaşacaqmı? Xeyr, olmayacaq. Türkiyə ilə müharibəyə gedəcəkmi? Xeyr, olmayacaq. Azərbaycanla da müharibə olmayacaq. Təhdidlər isə ola bilər”, - o hesab edir.

Satanovski xatırladıb ki, Ermənistan-İran əməkdaşlığı, Ermənistan-Türkiyə qarşıdurması, Ermənistan-Azərbaycan qarşıdurması, İran və Azərbaycan arasında mürəkkəb münasibətlər və Azərbaycanın Türkiyə ilə müttəfiqlik münasibətləri uzun tarixə malikdir.

“Ermənistanın hazırkı rəhbərliyi ABŞ və Fransaya arxalanır. Baxaq görək, bütün bunlar Ermənistana, o cümlədən Zəngəzur dəhlizi məsələsində necə kömək edəcək”, - ekspert qeyd edib.


Вернуться назад