Главная > Dünya > Pakistan İran ərazisinə aviazərbələr endirib, 7 nəfər ölüb - YENİLƏNİB

Pakistan İran ərazisinə aviazərbələr endirib, 7 nəfər ölüb - YENİLƏNİB


18-01-2024, 10:02. Разместил: admin
Pakistan İran ərazisinə aviazərbələr endirib, 7 nəfər ölüb - YENİLƏNİB


Pakistan səhər saatlarında “Marg Bar Sarmachar” adlı antiterror əməliyyatı keçirib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, əməliyyat çərçivəsində İranın Sistan və Bəlucistan əyalətində yerləşən “terrorçu sığınacaqları”na zərbələr endirilib.

Hava zərbələrinin yüksək koordinasiyalı və dəqiq hədəflənmiş olduğu qeyd edilib

"Mövcud kəşfiyyat məlumatlarına əsasən, həyata keçirilən "Marg Bar Sarmachar" kod adlı əməliyyatda, bir neçə terrorçu məhv edilib”, - məlumatda vurğulanır.

İranın Tasnim Agentliyi isə Sistan və Bəlucistan əyalətinin Seravan rayonu yaxınlığında baş verən partlayışlarda 7 nəfərin həlak olduğunu bildirib. Partlayış nəticəsində həlak olanların üçünün qadın, dördünün uşaq olduğu vurğulanır. Ölənlərin hamısının İran vətəndaşı olmadığı da bildirilib.

***
Pakistan İran ərazisinə aviazərbələr endirib.

APA xəbər verir ki, bu barədə "France-Presse" məlumat yayıb. Agentlik Pakistan ordusunun İrandakı silahlı qruplaşmaları hədəfə aldığını bildirib.

İRNA agentliyi Saravan şəhərində partlayış səsləri eşidildiyini bildirib.

Qeyd edək ki, İran bir gün əvvəl Pakistanın Bəlucistan əyalətindəki hərbi hissəyə dronla hücum etmişdi.


Вернуться назад