Главная > Dünya > “TikTok” a daha bir ZƏRBƏ — ABŞ-da ləğv olunur?

“TikTok” a daha bir ZƏRBƏ — ABŞ-da ləğv olunur?


7-07-2020, 10:35. Разместил: admin
“TikTok” a daha bir ZƏRBƏ — ABŞ-da ləğv olunur?


ABŞ “TikTok” tətbiqetməsinin ölkədə fəaliyyətini qadağan edə bilər. Bunu Fox News-a açıqlamasında ABŞ-ın dövlət katibi Mayk Pompeo söyləyib.
Son günlər sosial şəbəkələrdə “TikTok”  istifadəçi məlumatlarının Çin höhümətinə ötürüldüyü haqqında məlumatlar yayılıb.  Aparıcı Pompeoya “Hindistanın ardınca Amerika hakimiyyətinin, TikTok da daxil olmaqla, Çin sosial şəbəkələrinin işinə qadağa qoya bilərmi?” sualı ilə müraciət edib.

"Biz buna çox ciddi yanaşırıq. Bu məsələni mütləq nəzərdən keçirəcəyik",- deyə o, bildirib.

Bundan başqa Pompeo bu məsələdə tezliklə ABŞ-ın lazımi tədbirlər görəcəyini vurğulayıb.

Dövlət katibi ABŞ-ın bir müddət əvvəl Çinin “Huawei” və “ZTE” şirkətlərini milli təhlükəsizlik üçün nəzarətə götürüldüyünü də qeyd edib.

Xatırladaq ki, ABŞ-da 30 milyondan çox “TikTok” istifadəçisi var.


Вернуться назад