Главная > Dünya > İsrail prezidenti: "Girovları çıxarmaq üçün Qəzzaya yeni humanitar yardıma hazırıq"
İsrail prezidenti: "Girovları çıxarmaq üçün Qəzzaya yeni humanitar yardıma hazırıq"20-12-2023, 14:36. Разместил: admin |
İsrail Qəzzada yeni humanitar fasilə üçün yaşıl işıq yandırıb. Xarici KİV xəbər verir ki, İsrail Prezidenti İsaak Herzoq Qəzzada girovların azad edilməsi üçün yeni humanitar müdaxiləyə hazır olduqlarının bildirib. “Bir daha qeyd edə bilərəm ki, İsrail girovların azad edilməsini təmin etmək üçün yeni humanitar pauzaya və əlavə humanitar yardıma hazırdır”. Xatırladaq ki, daha əvvəl İsrail ilə Həmas arasında 7 günlük müvəqqəti atəşkəs elan edilib. Dekabrın 1-də başa çatan bu atəşkəs zamanı Həmas onlarla girovu, İsrail isə həbsxanalarda saxlanılan fələstinliləri azad edib. HƏMAS-ın əlində 100-dən çox israilli məhbus olduğu təxmin edilir. Вернуться назад |