Главная > Dünya > İran və Rusiya Cənubi Qafqazı bağlayır, Türkiyə isə... - erməni politoloq ŞƏRH EDİR...
İran və Rusiya Cənubi Qafqazı bağlayır, Türkiyə isə... - erməni politoloq ŞƏRH EDİR...6-12-2023, 16:00. Разместил: admin |
Rusiya və İran Cənubi Qafqazı Qərbin müdaxiləsinə bağlayır və Xəzər formatı “3+3” platforması ilə birlikdə buna xidmət edir. Axar.az xəbər verir ki, bu sözləri erməni politoloq Qriqor Balasanyan Bakıda keçiriləcək Xəzəryanı dövlətlərin işçi qrupunun sammiti ilə bağlı proqnozunda deyib. “Xəzər platforması ilə “3+3” formatı bir-biri ilə üzvi şəkildə bağlıdır, Rusiya isə İranla birlikdə mahiyyətcə regionu kənar oyunçuların, xüsusən də Qərbin müdaxiləsinə bağlayır. Xəzərin hüquqi statusu ilə bağlı sənədlərdə açıq şəkildə qeyd olunub ki, üçüncü dövlətlərin hərbi gəmiləri və silahlı qüvvələri Xəzərdə yerləşə bilməz. İndi Xəzər Şurasının yaradılması bu prinsipə yalnız son forma verir. Bu məsələdə Moskva və Tehran Ankaranın dəstəyindən yararlanır. Lavrovun “3+3” platformasını xatırlatması da təsadüfi deyildi, çünki bu halda o, ümumi “regionallaşma” prosesində tamamlayıcı həlqədir”, - ekspert bildirib. Вернуться назад |